Yusif Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra bunun ardınca, (toxumluq) saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək.
Bünyadov-Məmmədəliyev:
Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.
Elmir Quliyev :
Затем наступят семь тяжелых лет, которые поедят то, что вы приготовите для них, кроме небольшого количества, которое вы сбережете.
Ələddin Sultanov:
Ondan sonra (toxumluq) saxlayacağınız az bir miqdar istisna olmaqla, o illər üçün tədarük etdiklərinizi yeyib bitirən yeddi çətin il (quraqlıq qıtlıq ili) gələcəkdir.
Kerbelayi Malik ağa:
Bir müddət sonra bunun ardınca 7 ağır il (qıtlıq ili) gələcək. Yığdıqlarınızdan az bir qismi istisna olmaqla, daha əvvəl onlar üçün saxladıqlarınızdan yeyəcəklər.
Ələsgər Musayev:
Bundan sonra gələcək yeddi çətin il ki, onda anbarda olanları yeyib bir azını saxlayın.
A.Mehdiyev və D.Cəfərli:
«Sonra bunun ardınca, yeddi çətin qıtlıq illəri gələr ki, (onda) onlar qabaqcadan həmin illər üçün qoyduğunuzu (tədarük gördüyünüzü) yalnız (əkmək üçün toxumluğa) saxladığınız az bir hissə istisna olmaqla yeyərlər».
Kövsər Tağıyev:
“Sonra bunun ardınca yeddi quraq il gələcək, saxlayacağınız az miqdar xaric bu illər üçün yığdıqlarınızı yeyib bitirəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra yeddi ağır il gələcək (həmin illər) tədarük etdiyiniz az bir hissədən başqa onlar üçün qabaqcadan hazırladığınızı yeyəcək.
Sabirə Dünyamalıyeva:
Sonra onun arxasından yeddi quraq il gələcək. Bu quraq illərdə, əvvəlki tədarükünüzü yeyəcəksiniz, az bir miqdar saxlayacaqsınız.