İbrahim Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün yer başqa bir yerlə, göylər (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.
Bünyadov-Məmmədəliyev:
(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar!
Elmir Quliyev :
В тот день земля будет заменена другой, равно как и небеса, и они предстанут перед Аллахом, Единственным, Могущественным.
Ələddin Sultanov:
O gün yer başqa bir yerlə, göylər (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar. (Yerin göylərin başqa yer göylərlə əvəz olunması barəsində təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Bir rəvayətə görə yer üzü cəhənnəmə, göylər isə cənnətə çevriləcəkdir. İbn Abbasdan gələn başqa bir rəvayətə görə isə, yer göylər olduğu kimi qalacaq, ancaq xüsusiyyətləri dəyişəcəkdir.)
Kerbelayi Malik ağa:
O gün yer üzü səmalar başqa bir hala çevrilmiş olar. Onlar Vahid Qəhhar olan Allahın hüzuruna çıxmış olarlar.
Ələsgər Musayev:
O gün ərz qeyri ərzlə əvəz olunacaq səmalar da. Vahid Qəhir Allahın qarşısında dayanacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı yer üzünün tamamilə düz olacağı) həmçinin göylərin (dəyişəcəyi) hamının (bütün ölülərin hesab cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!
Kövsər Tağıyev:
O gün yer başqa bir yerə, göylər başqa göylərə çevrilər insanlar bir qəhhar (hər şeyin fövqündə yeganə hakim) olan Allahın hüzuruna çıxarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
O gün (barəsində xəbərdarlıq et ki,) o zaman yer başqa yerlə, göylər başqa göylərlə əvəz olunacaq onlar vahid, qüdrətli Allahın hüzurunda duracaqlar.
Sabirə Dünyamalıyeva:
O gün, Allahın, hər nəfsə öz qazandığının əvəzini verməsi üçün, yer üzü başqa bir yer üzüylə dəyişdiriləcək, göylər [həmçinin].