Əlixan Musayev:
Gör sənin üçün necə (pis) məsəllər çəkdilər. Onlar azdılar və (artıq) (doğru )yolu tapa bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!
Elmir Quliyev
:
Посмотри, какие притчи они приводят тебе. Они впали в заблуждение и не могут найти дорогу.
Ələddin Sultanov:
Sənin üçün necə misallar çəkdiklərinə bir bax! Buna görə də onlar zəlalətə düşdülər və (haqq) yolu tapa bilməzlər.
Kerbelayi Malik ağa:
Gör sənin üçün necə misallar gətirdilər (sənə ovsunlanmış, məcnun, dəli, şair dedilər) və beləcə dəlalətdə qaldılar. Artıq yolu tapa bilməzlər.
Ələsgər Musayev:
Nəzər sal necə onlar məsəl vururlar sənə və zəlalətdədirlər və
yol tapa bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
Kövsər Tağıyev:
Gör sənin üçün necə bənzətmələr etdilər, yoldan azdılar. Artıq (doğru) yolu tapa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Gör onlar necə misallar çəkib [səni kimlərə bənzədib] yoldan azdılar. Onlar bir yol tapa bilməzlər.
Sabirə Dünyamalıyeva:
Sənin üçün necə misallar çəkdiklərinə bir bax! Beləcə azğınlığa düşdülər! Artıq bir yol tapmağa da gücləri çatmaz.