Əlixan Musayev:
Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və (günahkarlara) kömək göstərilməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!
Elmir Quliyev
:
Страшитесь того дня, когда ни один человек не принесет пользы другому и когда не будет принято заступничество, когда нельзя будет откупиться и когда им не будет оказана поддержка.
Ələddin Sultanov:
Heç kimin başqasının əvəzinə bir şey ödəyə bilməyəcəyi, heç kəsdən şəfaət qəbul olunmayacağı və heç kimdən (günahlarının yerinə) fidyə (əvəz) alınmayacağı o gündən qorxun! Onlara heç bir köməklik göstərilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Bir kimsədən digər bir kimsəyə bir şeyin ödənməyəcəyi və ondan (heç kimdən) bir şəfaətin qəbul edilməyəcəyi və heç kimdən bir fidyə alınmayacağı və onlara kömək edilməyəcəyi gündən çəkinin.
Ələsgər Musayev:
Və qorxun o gündən ki yoxdur nəfsə cəza
nəfsdən bir şeylə və yoxdur qəbul ondan şəfaət və yoxdur
götürmək ondan ədl və yoxdur onlara yardım!
A.Mehdiyev və D.Cəfərli:
Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir.
Kövsər Tağıyev:
Elə bir gündən qorxun ki, o gün heç kim başqasının əvəzinə bir şey ödəyə bilməz. Heç kimdən şəfaət qəbul olunmaz, fidyə alınmaz.2 Onlara yardım da edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
O gündən qorxun ki, (o vaxt) keç kəs heç kəsin karına gəlməz, heç kəsdən bir əvəz alınmaz və onlara heç bir kömək göstərilməz.
Sabirə Dünyamalıyeva:
Və heç kəsin heç kəsə heç bir şey üçün əvəz ödəmədiyi, heç kimdən kömək, şəfaət qaəbul edilmədiyi, hiç kimdən fidyə/xilas olmaq üçün verilən əvəz qəbul edilmədiyi və heç kimə kömək göstərilmədiyi günə qarşı Allahın mühafizəsi altına daxil olun.