Ənkəbut Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən bundan əvvəl bir Kitab oxuya bilirdin, onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl bir kitab oxumusan, onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).
Elmir Quliyev :
Ты не читал прежде ни одного Писания и не переписывал его своей десницей. В противном случае приверженцы лжи впали бы в сомнение.
Ələddin Sultanov:
(Ey Peyğəmbər) Sən bundan əvvəl bir yazı oxuyurdun, əlinlə onu yazırdın. Əgər elə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
Kerbelayi Malik ağa:
Sən bundan öncə kitab oxumadın. Sən Onu əlinlə yazmırsan. Elə olsaydı, batilə uyanlar əlbəttə şübhə edərdilər.
Ələsgər Musayev:
Bundan qabaq sən kitab tilavat etmədin sağ əlinlə xətlə yazmadın, onda şübhə edərdilər batilə uyanlar.
A.Mehdiyev və D.Cəfərli:
Sən bu Qur’andan öncə heç bir yazı kitab oxumurdun. öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.
Kövsər Tağıyev:
Sən bu Qur`andan əvvəl bir kitab oxuyur, onu sağ əlinlə yazırdın. (Oxuyub yazsaydın,) o təqdirdə batilin ardınca gedənlər şübhəyə düşərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan [Qurandan] əvvəl sən kitab oxuya bilirdin, əlinlə yazı yaza bilirdin. Yoxsa batilə uyanlar şübhəyə düşərdilər (ki, Quranı Məhəmməd özü yazıb uydurmuşdur).
Sabirə Dünyamalıyeva:
sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdun; sən Quranı özündən yazmırsan. Əgər belə olsaydı, batilə inananlar həqiqətən şübhə duyacaqdılar.