Əlixan Musayev:
Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (doğru yola) qayıdalar.
Bünyadov-Məmmədəliyev:
Onlara bir-birindən böyük olan möcüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!
Elmir Quliyev
:
Какое бы из знамений Мы ни показывали им, оно превосходило предыдущее. Мы подвергли их мучениям, чтобы они могли вернуться на прямой путь.
Ələddin Sultanov:
Onlara göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi. Bəlkə (haqq yola) qayıdarlar deyə Biz onları müxtəlif əzablarla cəzalandırdıq.
Kerbelayi Malik ağa:
Biri digərindən daha böyük olmadıqca, onlara bir ayə (möcüzə) göstərmədik. Onları əzabla yaxaladıq ki, beləcə bəlkə onlar (Allaha) dönərlər deyə.
Ələsgər Musayev:
Göstərmirik onlara ayətlərdən, ancaq böyük olur o
birilərindən. Tutduq onları əzabla, ola ki, onlar müraciət
etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət baxımından) bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar.
Kövsər Tağıyev:
Onlara göstərdiyimiz hər bir möcüzə əvvəlki bənzərindən daha böyük idi. Doğru yola qayıtsınlar deyə onları əzaba düçar etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara biri digərindən böyük möcüzələr göstərdik. Onları əzaba düçar etdik ki, bəlkə (haqqa) dönələr.
Sabirə Dünyamalıyeva:
Və Bizim onlara göstərdiyimiz hər bir işarət/nişan bir əvvəlki işarətdən/nişandan həqiqətən daha böyükdür. Və Biz onları əzabla yaxaladıq ki, bəlkə qayıdalar.