Maidə Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!
Elmir Quliyev :
Мы ниспослали тебе Писание с истиной в подтверждение прежних Писаний, и для того, чтобы оно предохраняло их (или свидетельствовало о них; или возвысилось над ними). Суди же их согласно тому, что ниспослал Аллах, и не потакай их желаниям, уклоняясь от явившейся к тебе истины. Каждому из вас Мы установили закон и путь. Если бы Аллах пожелал, то сделал бы вас одной общиной, однако Он разделил вас, чтобы испытать вас тем, что Он даровал вам. Состязайтесь же в добрых делах. Всем вам предстоит вернуться к Аллаху, и Он поведает вам о том, в чем вы расходились во мнениях.
Ələddin Sultanov:
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
Kerbelayi Malik ağa:
(Ey Məhəmməd) sənə əllərindəki kitabları təsdiqləyici onu qoruyucu olaraq bu Kitabı haqq ilə endirdik. Artıq onların aralarında Allahın endirdiyi ilə hökm et sənə Haqqdan gələndən ayrılıb onların həvalarına uyma. Sizdən hamınız üçün (tək) bir şəriət bəlli bir yol təyin etmişdik. Allah diləsəydi, əlbəttə sizi tək bir ümmət edərdi. Ancaq bu sizi verdikləri ilə sınamaq üçündür. O halda xeyirlərdə yarışın! Sizin hamınızın dönüşü Allahadır. O zaman haqqında ayrılığa düşdüyünüz şeyləri sizə xəbər verəcək.
Ələsgər Musayev:
Biz sənə kitabı haqq ilə nazil etdik - təsdiq edəndir ona qədər kitabdan olanları qoruyandır. Hökm et onların arasında ilə ki, nazil edib Allah tabe olma onların istəklərinə, onda ki, gəldi sənə haqdan. Külliniz üçün etdik şəriət ondan gələn! əgər Allah istəsəydi sizi vahid ümmət edərdi. Lakin sizə verilənlərin vasitəsi ilə sizi imtahan etməsi üçündür. Buna görə xeyrli işlərdə biri-birinizi qabaqlayın. Allaha tərəfdir qayıdışınız cəmiyyən O sizə xəbər verəcək ilə ki, oldunuz onda ixtilaf edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Biz bu kitabı sənə haqq doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən onlara hakim, nəzarətçi, qoruyan şahid kimi nazil etdik. Buna görə onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Sənə o Kitabı (Qur`anı) haqq, özündən əvvəlki kitabları təsdiq edən, qoruyan olaraq endirdik. Artıq Allahın endirdiyi ilə onlar arasında hökm ver sənə gələn haqdan ayrılıb onların arzularına uyma. Sizin hər biriniz üçün bir şəriət bir yol təyin etdik. Əgər Allah istəsəydi, əlbəttə, sizi bir tək ümmət edərdi. Lakin verdiyi şeylərdə sizi imtahan etmək üçün ümmətlərə ayırdı. Elə isə xeyir işlərdə yarışın. Hamınızın dönüşü Allahadır. O zaman ixtilafa düşdüyünüz şeyləri sizə bildirəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə özündən əvvəlki Kitabı təsdiq etmək onu himayə etmək üçün haqq olan Kitabı [Quranı] nazil etdik. Onların [insanların] arasında Allahın nazil etdiyi ilə hökm ver. Sənə gəlmiş bu haqdan kənara çıxaraq onların həva-həvəslərinə uyma. Biz sizlərin hər biri üçün bir şəriət yol düzəltdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu [ümmətlərə ayırma], Onun özünüzə bəxş etdiyi şeylərlə sizi sınaması üçündür. Xeyir işlərdə bir-birinizlə yarışın. Hamınız Allaha qayıdacaqsınız onda O sizə ixtilafda olduğunuz şeyləri bildirəcəkdir.
Sabirə Dünyamalıyeva:
Sənə Tövratın bir hissəsinin içərisindəkiləri təsdiqləyən onları qoruyan olaraq Kitabı/Quranı haqq ilə nazil etdik. Elə isə, onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan uzaqlaşaraq onların arzu istəklərinə uyma. Biz, sizin hamınız üçün bir yol/cəmiyyət halında yaşamağın prinsiplərini geniş, işıqlı bir yol təyin etdik. əgər Allah istəsəydi, sizi başçısı olan vahid bir cəmiyyət edərdi, lakin sizə verdikləri ilə sizi çətinliyə salmaq/sınamaq məqsədi ilə belə etmədi. Elə isə yaxşılıq etməkdə [bir-birinizlə] yarışın. Hamınızın dönüşü yalnız Allahadır. Sonra O, barəsində ixtilafa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir.