Qəmər Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Cəhənnəmin təmini dadın!”– (deyiləcəkdir.)
Bünyadov-Məmmədəliyev:
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).
Elmir Quliyev :
В тот день их ничком поволокут в Огонь: "Вкусите прикосновение Преисподней!"
Ələddin Sultanov:
Üzüstə cəhənnəmə sürüklənəcəkləri gün (onlara belə deyiləcəkdir:) “Dadın sizə toxunan cəhənnəm əzabını!”
Kerbelayi Malik ağa:
O gün üzüstə (sürünərək) atəşə sürüklənəcəklər. ‘Alovlu atəşin təmas etməsini dadın!’ (deyilir).
Ələsgər Musayev:
həmin gün ki, üzləri üstə oda sarı sürünərlər. Səqərin, toxunmasını dadın.
A.Mehdiyev və D.Cəfərli:
Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).
Kövsər Tağıyev:
Üzü üstə atəşə sürükləndikləri gün onlara: “Dadın cəhənnəm təmasını”, deyiləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü onları üzü üstə oda sürükləyəcəklər. (Onlara deyiləcək): "Cəhənnəm odunun toxunmasını dadın!"
Sabirə Dünyamalıyeva:
O gün, üzü üstə oda sürüklənəcəklər: "Cəhənnəmin beyinləri qaynadaq istisinin təmasını dadın!"