Əlixan Musayev:
Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axırı ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.
Bünyadov-Məmmədəliyev:
Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu.
Elmir Quliyev
:
Они и раньше стремились посеять смуту и замышляли против тебя козни, пока не явилась истина и не проявилось веление Аллаха, хотя это и было им ненавистно.
Ələddin Sultanov:
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
Kerbelayi Malik ağa:
And olsun ki, daha əvvəl də fitnə çıxarmaq istədilər və haqq gələnə qədər sənin əleyhinə (bəzi) işlər çevirdilər. Nəhayət onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu (ortaya çıxdı, bəlli oldu).
Ələsgər Musayev:
Əlbəttə, bundan qabaq da sınağa çalışırdılar və işləri sənə
tərsinə göstərirdilər, ta haqq gəldi, Allahın əmri zahir oldu və
onlar kərahətlidirlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
Kövsər Tağıyev:
And olsun ki, bunlar daha əvvəl də fitnə çıxarmaq istəmiş və sənə qarşı cürbəcür işlərə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın dini qalib gəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar əvvəl də fitnə-fəsad törətməyə çalışmışdılar və sənin üçün işləri alt-üst etmişdilər. Onlar istəməsələr də, nəhayət, haqq gəldi və Allahın əmri göründü.
Sabirə Dünyamalıyeva:
And olsun ki, onlar bundan əvvəl də insanları dindən çıxarmaq istədilər və sənə qarşı müxtəlif işlər düzüb-qoşmuşdular. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri zahir oldu.