Hicr Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!
Elmir Quliyev :
Сообщи Моим рабам, что Я Прощающий, Милосердный,
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Qullarıma xəbər ver ki, həqiqətən, Mən bağışlayanam, rəhmliyəm!
Kerbelayi Malik ağa:
Qullarıma xəbər ver. Şübhəsiz ki, Mən Ğafuram Rəhiməm.
Ələsgər Musayev:
Xəbər ver Mənim bəndələrimə ki, həqiqətən, Mən Ğəfuram, Rəhiməm
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan mehriban Mənəm!
Kövsər Tağıyev:
Ey Muhamməd! Mənim çox bağışlayan, çox mərhəmətli olduğumu,
M.Qənioğlu və T.Bilaloğlu:
Bəndələrimi xəbərdar et ki, Mən bağışlayanam, rəhmliyəm,
Sabirə Dünyamalıyeva:
Bəndələrimə mütləq xəbər ver ki, Mənim çox bağışlayan çox mərhəmət edənəm,