Kəhf Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Hər kəsin )kitabı( qarşısına) qoyulacaq sən günahkarların orada (yazılmış )olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O bir kiçik, bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!
Bünyadov-Məmmədəliyev:
(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)
Elmir Quliyev :
Будет положена книга, и ты увидишь, как грешники будут трепетать от того, что в ней. Они скажут: "Горе нам! Что это за книга! В ней не упущен ни малый, ни великий грех все подсчитано". Они обнаружат перед собой все, что совершили, и твой Господь ни с кем не поступит несправедливо.
Ələddin Sultanov:
Kitab (əməl dəftəri) ortaya qoyulacaq günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.
Kerbelayi Malik ağa:
Kitab (həyat filmi ortaya) qoyuldu. O zaman günahkarları görərsən. Onun (kitabın) içindəkilərdən qorxarlar ‘Bizə yazıqlar olsun. Bu necə bir kitab imiş ki, kiçik böyük heç bir şeyi sayıb hesab etmədən gözdən qaçırmır.’ deyərlər. Etdikləri şeyləri (həyat filmlərində) hazır gördülər. Sənin Rəbbin heç kimsəyə zülm etməz.
Ələsgər Musayev:
Qoyular kitab görərsən cərimə olunmuşları qorxu içərisində, ki, onda olandan. Deyirlər: «Vay olsun bizə! Bu cür kitabdır ki, onda kiçik böyük əməl qalmayıb, ancaq hamısı hesab olunub!» Hər kəs əməlini hazır tapar Rəbbin bir kəsə zülm etməz!
A.Mehdiyev və D.Cəfərli:
o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism ruhlarına təsirlərini onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir.
Kövsər Tağıyev:
Kitab ortaya qoyulacaq. Günahkarların kitabın içindəkilərdən dolayı qorxuya düşdüklərini görərsən. “Vay halımıza! Bu, necə bir kitabdır ki, kiçik, böyük heç bir şey buraxmadan hamısını saymışdır!” deyərlər. Onlar bütün etdikləri əməlləri qarşılarında görərlər. Sənin Rəbbin heç kimə zülm etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əməl dəftəri (ortaya) qoyulacaq sən günahkarların onda olanlardan necə qorxuya düşdüklərini görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə dəftərdir ki, kiçik, böyük bir günahı buraxmadan hamısının hesabını aparmışdır!" Onlar tutduqları əməllərini göz qabağında görəcəklər. Sənin Rəbbin heç kimə haqsızlıq etməz.
Sabirə Dünyamalıyeva:
Kitab/əməl dəftərləri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: "Vay halımıza! Bu necə bir kitab imiş ki, böyük-kiçik heç bir şey qoymadan hamısını sayıb" deyərlər. onlar, etdiklərini [öz qarşılarında] hazır görəcəklər. sənin Rəbbin heç kəsə haqsızlıq etməz.