Əlixan Musayev:
O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və (gələcək) o Saatdan lərzəyə gəlirlər.
Bünyadov-Məmmədəliyev:
O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.
Elmir Quliyev
:
которые боятся своего Господа, не видя Его воочию, и трепещут перед Часом.
Ələddin Sultanov:
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
Kerbelayi Malik ağa:
Onlar qeybdə (görmədikləri halda) Rəblərinə huşu duyarlar. Onlar o saatdan (qiyamət saatından) qorxanlardır.
Ələsgər Musayev:
o
kəslər ki, çəkinirlər Rəblərindən qeyb ilə və onlar saatdan bərk
titrəyirlər.
A.Mehdiyev və D.Cəfərli:
O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya: xəlvətdə olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər.
Kövsər Tağıyev:
Onlar görmədikləri halda Rəblərindən qorxarlar. Onlar qiyamət günündən də qorxarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər üçün ki, onlar gizlində də öz Rəbbindən qorxur və qiyamətin qorxusundan lərzəyə düşürlər.
Sabirə Dünyamalıyeva:
Allahın mühafizəsi altına daxil olan kəslər üçün bir işıq və öyüd [olaraq] verdik.