Əlixan Musayev:
De: “Haqq gəldi. Batil (onaqarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) qaytara bilər”.
Bünyadov-Məmmədəliyev:
De: “Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!” (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o özlüyündə puçdur!)
Elmir Quliyev
:
Скажи: "Явилась истина, и ложь ничего больше не породит и не вернется".
Ələddin Sultanov:
De: “Haqq (İslam) gəldi. Artıq batil nə bir şey (küfr, şirk) ortaya çıxara bilər, nə də geri gətirə bilər”.
Kerbelayi Malik ağa:
De ki: ‘Haqq gəldi, batil (bir şey) ortaya çıxara bilməz və geri gətirə bilməz.’
Ələsgər Musayev:
De: «Haqq gəldi və batil aşkar olmaz və qayıtmaz!»
A.Mehdiyev və D.Cəfərli:
De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».
Kövsər Tağıyev:
De ki: “Haqq gəldi. Artıq batil nə ortaya yeni bir şey çıxara bilər, nə də keçmişi geri qaytara bilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Haqq gəldi, batil, (bir şeyi) nə ortaya çıxara bilər, nə də onu qaytara bilər."
Sabirə Dünyamalıyeva:
De ki: "Quran/Quranın ehtiva etdiyi həqiqətlər gəldi. Və batil [bir şeyə] başlaya bilməz və [bir şeyi] geri gətirə bilməz; artıq heç bir şey edə bilməz."