Zümər Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız (özümdə olan) biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!
Elmir Quliyev :
Когда человека касается вред, он взывает к Нам. Когда же Мы предоставляем ему благо от Нас, он говорит: "Воистину, это даровано мне благодаря знанию (знанию Аллаха о моих заслугах или моему знанию)". О нет, это искушение, но большинство их не знает этого.
Ələddin Sultanov:
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
Kerbelayi Malik ağa:
İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra ona tərəfimizdən bir nemət göndərdiyimiz zaman: ‘Bu ancaq mənə elmimə görə verilmişdir.’ deyər. Xeyr, o bir imtahandır. Lakin onların çoxu bilməzlər.
Ələsgər Musayev:
Onda ki, toxunur insana zərər, Bizi çağırır. Sonra onda ki, onu nemətlə əvəz etsək Öz yanımızdan, deyir: «Həqiqətən, bu, mənə elmimə görə verilib!» Bəli, o sınaqdır lakin əksəriyyəti onların bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi «o mənə bacarığıma görə verilib» deyər. (Xeyr!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər.
Kövsər Tağıyev:
İnsana bir zərər toxunduğu zaman bizə yalvarar. Sonra ona tərəfimizdən bir nemət verdiyimiz zaman: “Bu, mənə ancaq biliyim sayəsində verilmişdir”, deyər. Xeyr, o bir imtahandır. Ancaq onların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsana bir bəla toxunarsa, o, Bizi çağırar. Sonra Biz ona Öz tərəfimizdən bir nemət verən kimi o deyən "Bu (məndəki) biliyə (və ya Allahın məni layiq bildiyinə) görə mənə verildi.” Xeyr, bu, bir sınaqdır! Lakin onların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
Bax, insana bir çətinlik üz verdikdə Bizə yalvarır, sonra dərgahımızdan ona bir nemət bəhs etdiyimiz zaman da: "O, mənə elmimə görə verildi" deyər. Əslində verilən nemətlər, bir imtahan vasitəsidir. Lakin onların çoxu bilməz.