Əlixan Musayev:
İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər.
Bünyadov-Məmmədəliyev:
(Kafir, nankor) insan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar.
Elmir Quliyev
:
Человеку не наскучивает молить о добре, но если его коснется вред, то он отчаивается и теряет надежду.
Ələddin Sultanov:
İnsan xeyir istəməkdən bezməz. Ancaq ona bir pislik toxunarsa, o, dərhal məyus olub ümidsizliyə düşər.
Kerbelayi Malik ağa:
İnsan xeyir-duasından usanmaz. Əgər ona şər toxunsa, o zaman məyus olub ümidini itirər.
Ələsgər Musayev:
Yorulmaz insan çağırışından xeyirin.
Əgər toxunsa ona şər, məyus olaraq ümidsiz olar
A.Mehdiyev və D.Cəfərli:
İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz. Ona şər və zərər yetişdikdə isə məyus olar.
Kövsər Tağıyev:
İnsan xeyir (mal, mülk, bolluq) istəməkdən usanmaz. Ancaq başına bir pis iş gəldiyi zaman ümidsizliyə düşər, yıxılar.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsan xeyir istəməkdən usanmaz. Əgər ona bir şər toxunarsa, o, məyus olar, ümidsizləşər.
Sabirə Dünyamalıyeva:
İnsan xeyir diləməkdən usanmaz, ona bir pislik üz verdikdə isə dərhal, üzülər, ümidsizliyə qapılar.