Əlixan Musayev:
Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!”
Elmir Quliyev
:
Они сказали: "О колдун! Помолись за нас твоему Господу согласно завету, который Он заключил с тобой, и тогда мы обязательно последуем прямым путем".
Ələddin Sultanov:
Onlar: “Ey sehrbaz! Sənə verdiyi sözün hörmətinə, bizim üçün Rəbbinə dua et (Rəbbin əzabı bizdən götürsün). Həqiqətən, biz doğru yola yönələcəyik!” - dedilər.
Kerbelayi Malik ağa:
(Onlar): ‘Ey sehrbaz, sənin Allaha olan əhdin hörmətinə, Rəbbinə bizim üçün dua et (bu əzabı qaldırsın)! (O zaman) həqiqətən biz mütləq hidayət üzərə olarıq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay sehrbaz! Çağır bizə Rəbbini sənin
yanında olan əhdi ilə. Həqiqətən, biz hidayət olunarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Və (elə ki, bəlaya düçar oldular) dedilər: «Ey sehrbaz! (İman gətirəcəyimiz təqdirdə əzabı bizdən götürmək barəsində) səninlə bağladığı əhdə əsasən bizim üçün Rəbbini çağır, ki, biz mütləq doğru yolda olacağıq.»
Kövsər Tağıyev:
(Onlar əzabı gördükdə:) “Ey sehrbaz! Sənə verdiyi sözə arxalanaraq bizim üçün Rəbbinə dua et. Çünki biz artıq doğru yola girəcəyik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ey sehrbaz! (Əzabı üzərimizdən götürmək üçün) Rəbbini sənə etdiyi əhd ilə çağır, biz də haqqa dönərik.”
Sabirə Dünyamalıyeva:
Onlar da: "Ey sehrbaz! Səninlə olan əhdi/sənə verdiyi söz hörmətinə bizim üçün Rəbbinə dua et. Şübhəsiz ki, biz həqiqətən yönləndirildiyimiz doğru yola gələcəyik" dedilər.