Haqqə Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
Elmir Quliyev :
Нам известно, что среди вас есть считающие его ложью.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz aranızda onu yalanlayanların olduğunu yaxşı bilirik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz sizdən (içinizdə) təkzib edənlər olduğunu (yalanlayanları) əlbəttə bilirik.
Ələsgər Musayev:
Həqiqətən, Biz bilirik ki, sizdən yalan sayanlar var.
A.Mehdiyev və D.Cəfərli:
Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.
Kövsər Tağıyev:
Şübhəsiz, biz sizdən inkar edənlərin olduğunu, əlbəttə, bilirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz içərinizdə bunu yalan hesab edənlərin olduğunu bilirik.
Sabirə Dünyamalıyeva:
Biz, həqiqətən sizdən yalan sayanların varlığını bilirik.