Əraf Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
“Allah onlara mərhəmət nəsib etməyəcəkdir”– deyə (barəsində) and içdiyiniz kəslər bunlardırmı?” (Möminlərə deyiləcəkdir:) “Cənnətə girin! Sizə heç bir qorxu yoxdur siz kədərlənməyəcəksiniz”.
Bünyadov-Məmmədəliyev:
(Və fağır, yoxsul möminləri kafirlərin böyüklərinə göstərərək: ) “Allah onları Öz mərhəmətinə nail etməyəcək, -deyə and içdiyiniz kəslər bunlarmıdır?” söyləyəcəklər. (O anda Allah həmin möminlərə müraciətlə belə buyuracaq: ) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur siz qəm-qüssə görməyəcəksiniz!”
Elmir Quliyev :
Разве это не те, о которых вы клялись, что Аллах никогда не проявит к ним милости?" Им будет сказано: "Войдите в Рай! Вы не познаете страха и не будете опечалены".
Ələddin Sultanov:
Allahın Öz mərhəmətinə nail etməyəcəyinə dair and içdiyiniz kimsələr bunlardırmı?!” (Cənnət əhlinə isə belə deyəcəklər:) “Girin cənnətə! Sizin heç bir qorxunuz yoxdur siz qəm-qüssə görməyəcəksiniz”.
Kerbelayi Malik ağa:
(Cəhənnəmliklərə belə deyilir): ‘Allahın onlara rəhmət etməyəcəyinə and içdiyiniz kəslər bunlarmı?’ (Cənnətliklərə belə deyilir): ‘Cənnətə girin! Sizə qorxu yoxdur qəmgin olmayacaqsınız.’
Ələsgər Musayev:
Ə, bunlar o kəslərdir ki, and içirdiniz ki, onlar Allahın rəhmətinə nail olmayacaqlar? Daxil olun cənnətə, sizin üçün qorxu yoxdur siz hüznlü olmayacaqsınız!»
A.Mehdiyev və D.Cəfərli:
(Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə bir qorxu var qəmgin olacaqsınız».
Kövsər Tağıyev:
“Sizin: “Allah bunları rəhmətə nail etməz”, deyə and içdikləriniz bunlardırmı?” (Sonra cənnətliklərə üz tutaraq:) “Girin cənnətə. Sizə qorxu yoxdur. Siz kədərlənməyəcəksiniz”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahdan mərhəmət görməyəcəklər deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı? (Onlara isə deyiləcək): “Siz cənnətə girin, sizin üçün qorxu vardır, siz qəm-qüssə yeyəcəksiniz!"
Sabirə Dünyamalıyeva:
Allah onları rəhmətinə -bu rəhmət, Allahın, 'Girin cənnətə, sizə qorxu yoxdur siz kədərlənməyəcəksiniz' deyərək verdiyi sözdür- nail etməyəcək deyə and içdiyiniz kəslər bunlardırmı?" deyəcəklər.