Ənfal Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman münafiqlər qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Müdrikdir!
Bünyadov-Məmmədəliyev:
O zaman münafiqlər ürəklərində mərəz (etiqad zəifliyi islama qarşı şəkk-şübhə) olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!
Elmir Quliyev :
Вот лицемеры и те, чьи сердца были поражены недугом, сказали: "Эти люди обмануты своей религией". Но если кто уповает на Аллаха, то ведь Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
O zaman münafiqlər ürəklərində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Münafiqlər qəlblərində xəstəlik olan kəslər belə deyirdilər: ‘Bunları dinləri aldatdı.’ Kim Allaha təvəkkül etsə, o təqdirdə Allah şübhəsiz ki, Əziz (ən üstün) Hakimdir (hökm sahibi).
Ələsgər Musayev:
Onda münafiqlər o kəslər ki, qəlblərində mərəz var, deyirlər: «Bunları dinləri məğrur etdi!» Kim Allaha təvəkkül edərsə, həqiqətən, Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
O zaman münafiqlər qəlblərində xəstəlik (küfr şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət hikmət sahibidir.
Kövsər Tağıyev:
Xatırlayın ki, münafiqlər qəlblərində xəstəlik olanlar: “Bunları dinləri aldatmışdır”, deyirdilər. Halbuki kim Allaha təvəkkül edərsə, heç şübhəsiz, Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman münafiqlər ürəklərində bir mərəz olanlar (müsəlmanlar barəsində) dedilər: "Bunların dini özlərini aldatdı". Kim Allaha təvəkkül edərsə, həqiqətən, Allah qüvvət hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Bir vaxt o münafiqlər qəlbində xəstəlik olan; xəstə zehniyyətli kəslər, "Bu adamları dinləri aldatdı" dediklərində, hər kim işin nəticəsini Allaha tapşırsa, bilsin ki, həqiqətən, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.