Əlixan Musayev:
O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
Bünyadov-Məmmədəliyev:
(Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.
Elmir Quliyev
:
Он сказал: "О сын мой! Не рассказывай этот сон своим братьям, а не то они замыслят против тебя дурное. Воистину, дьявол — явный враг человеку.
Ələddin Sultanov:
(Atası Yaqub) dedi: “Can oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir.
Kerbelayi Malik ağa:
(Atası) belə dedi: ‘Ey əziz oğlum, yuxunu qardaşlarına danışma! Yoxsa sənə hiylə qurarlar. Şübhəsiz ki, şeytan insana açıq-aşkar düşməndir.’
Ələsgər Musayev:
Dedi: «Ay oğlum! Röyanı qardaşlarına hekayət etmə, sənə
qarşı fənd edərlər. Həqiqətən, şeytan insan üçün ədavətlidir
aşkar.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən Şeytan insanın açıq-aydın düşmənidir.»
Kövsər Tağıyev:
Atası belə dedi: “Ey oğlum! Yuxunu qardaşlarına danışma. Yoxsa sənə hiylə qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Oğlum, yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə bir tələ qurarlar. Axı şeytan insanın açıq düşmənidir!
Sabirə Dünyamalıyeva:
Atası dedi: "Oğlum! Gördüyünü qardaşlarına danışma. Sonra sənə bir hiylə qurarlar. Şübhəsiz ki, şeytan insanın açıq-aydın düşmənidir.