Əlixan Musayev:
Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.
Bünyadov-Məmmədəliyev:
Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar ancaq yalan deyirlər!
Elmir Quliyev
:
Знания об этом нет ни у них, ни у их отцов. Тяжки слова, выходящие из их ртов, и говорят они одну только ложь.
Ələddin Sultanov:
Bu barədə nə onların, nə də atalarının məlumatı var. Ağızlarından çıxan söz necə də böyükdür! Onlar yalandan başqa bir şey söyləmirlər.
Kerbelayi Malik ağa:
Onların və atalarının bu barədə bir elmləri yoxdur. Onların ağızlarından çıxan sözlər çox böyük yalandır! Onlar ancaq yalan söyləyərlər.
Ələsgər Musayev:
Yoxdur onlar üçün onunla elmdən və ataları üçün. Bu çox
böyük kəlmədir ki, ağızlarından çıxır. Həqiqətən, deyirlər
ancaq yalan!
A.Mehdiyev və D.Cəfərli:
Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.
Kövsər Tağıyev:
Bu barədə nə özlərinin, nə də atalarının bir biliyi yoxdur. Ağızlarından çıxan söz nə böyük sözdür. Onlar ancaq yalan danışırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu barədə nə onların, nə də ata-babalarının məlumatı vardır. Onların ağızlarından necə də yekə söz çıxır. Onların danışdıqları yalandan başqa bir şey deyildir.
Sabirə Dünyamalıyeva:
Onların özlərinin və atalarının, Allahın övlad götürməsinə dair heç bir məlumatı yoxdur. Ağızlarından çıxan söz nə qədər böyükdür! Onlar ancaq yalan danışırlar.