Əlixan Musayev:
Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən (möcüzələr) kimi bizə də bir möcüzə gətirsin”.
Bünyadov-Məmmədəliyev:
Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Quran) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!”
Elmir Quliyev
:
Они сказали: "Это — бессвязные сны! Нет, он сочинил это! Нет, он — поэт! Пусть он покажет нам знамение, подобное тем, с которыми были отправлены первые посланники".
Ələddin Sultanov:
Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki peyğəmbərlərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Xeyr, qarışıq yuxulardır. Xeyr, bəlkə onu uydurdu. Xeyr, bəlkə də o bir şairdir. Elə isə əvvəlkilərə göndərildiyi kimi bizə də möcüzə gətirsin.’ dedilər.
Ələsgər Musayev:
Bəli! Dedilər:
«Yuxu dəstəsidir! Bəli, iftira edir onu! Bəli, o, şairdir! Qoy
gəlsin bizə ayətlə nə qədər, əvvəlkilər göndərilirdi!»
A.Mehdiyev və D.Cəfərli:
Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin.»
Kövsər Tağıyev:
Onlar: “Xeyr, bunlar qarmaqarışıq yalançı yuxulardır. Xeyr, onu özü uydurdu. Xeyr, o bir şairdir. Əgər belə deyilsə, əvvəlki peyğəmbərlərin (möcüzələrlə) göndərildikləri kimi o da bizə bir möcüzə gətirsin”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə dedilər: “Xeyr, bu [Quran], qarmaqarışıq röya xülyalarıdır. Xeyr, O, bunu özündən uydurubdur. Xeyr, o, şairdir. Əvvəl göndərilənlər kimi qoy o da bizə möcüzə gətirsin.”
Sabirə Dünyamalıyeva:
Əksinə, onlar: "Bunlar, qarma-qarışıq yuxulardır; yox, yox, onu özü uydurmuşdur; yox, yox, o bir şairdir. Haydı, elə isə əvvəl göndərilənlər kimi bizə bir işarət/nişanə gətirsin" dedilər.