Furqan Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxu­­nur”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, - dedilər.
Elmir Quliyev :
Они говорят: "Это легенды древних народов. Он попросил записать их, и их читают ему утром и после полудня".
Ələddin Sultanov:
Onlar: “(Quran, Mühəmmədin) başqalarına yazdırdığı əvvəlkilərin əfsanələridir. O, səhər-axşam özünə oxunur”, - dedilər.
Kerbelayi Malik ağa:
‘O (Quran), Onun yazdırdığı səhər-axşam ona oxunan əvvəlkilərin əfsanələridir.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Əvvəlkilərin əsatiridir! O Yazdırıb onu o, səhər axşam ona tilavat olunur».
A.Mehdiyev və D.Cəfərli:
dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».
Kövsər Tağıyev:
“(Bu Qur`an Muhammədin başqalarından) yazıb götürdüyü əvvəlkilərə aid əfsanələrdir”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər "Bu, əvvəlkilərin əfsanələridir. O isə onların üzünü köçürtmüş onlar səhər-axşam onun üçün oxunur."
Sabirə Dünyamalıyeva:
"O Quran, keçmişlərinin əfsanələrinin yazılı halıdır; indi o, səhər-axşam/həmişə onun üçün oxunmaqdadır" dedilər.