Əlixan Musayev:
Ər-Rəhmandan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
Bünyadov-Məmmədəliyev:
Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
Elmir Quliyev
:
Какое бы новое напоминание ни приходило к ним от Милостивого, они отворачивались от него.
Ələddin Sultanov:
Onlar Rəhman olan Allahdan özlərinə gələn hər bir yeni öyüddən üz döndərirlər.
Kerbelayi Malik ağa:
Rəhmandan elə bir yeni zikr gəlməz ki, ondan üz çevirmiş olmasınlar.
Ələsgər Musayev:
Gəlmir onlara Rəhman tərəfindən yad etmədən yeni bir hədis, ancaq ondan üz çevirən olurlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlara Rəhman (olan Allah)-dan elə bir yeni öyüd-nəsihət vasitəsi (surə, moizə, möcüzə) gəlməz ki, ondan üz döndərməsinlər.
Kövsər Tağıyev:
Onlara Rəhmandan gələn hər yeni öyüddən mütləq üz döndərərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Mərhəmətli Allahdan onlara elə bir yeni zikr [öyüd-nəsihət, xəbərdarlıq) gəlmir ki, onlar ondan üz döndərməsinlər.
Sabirə Dünyamalıyeva:
Və onlara Rəhmandan yeni bir öyüd gəldimi, tam yəqinliklə bilin ki, ondan üz çevirənlər oldular.