Əlixan Musayev:
Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin.
Bünyadov-Məmmədəliyev:
Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.
Elmir Quliyev
:
Не отдавайте неразумным людям вашего имущества, которое Аллах сделал средством вашего существования. Кормите и одевайте их из него и говорите им слово доброе.
Ələddin Sultanov:
Dolanmağınız üçün Allahın sizə bəxş etdiyi mal-mülkünüzü səfehlərə (ağılsızların, israfçıların və uşaqların əlinə) verməyin! Onları ondan (həmin mal-mülkdən) yedirib geyindirin və onlara yaxşı söz söyləyin!
Kerbelayi Malik ağa:
Allahın (istifadəsi haqqında) sizi qəyyum təyin etdiyi mallarınızı səfehlərə verməyin və o maldan onları yedirdib geyindirin və onlara xoş söz söyləyin.
Ələsgər Musayev:
Verməyin səfehlərə malınızı, hansı ki, edib Allah sizin üçün
müdafiə və ruziləndirin onları ondan və geyindirin onları və
onlar üçün mərifətli söz deyin.
A.Mehdiyev və D.Cəfərli:
Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın.
Kövsər Tağıyev:
Allahın sizin üçün dolanışıq mənbəyi etdiyi mallarınızı ağılsızlara verməyin. O mallarla onları bəsləyin, geyindirin və onlara gözəl söz söyləyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın güzəran üçün sizə verdiyi malınızı ağılsızlara verməyin. Onları ondan yedirib-geyindirin və onlara xoş sözlər deyin.
Sabirə Dünyamalıyeva:
Və Allahın, dolanmağınız üçün sizə vermiş olduğu mallarınızı bu ağlı kəsməyənlərə/hələ yetkinlik yaşına çatmamış yetimlərə verməyin. Və onları o mallardan ruziləndirin və onları geyindirin. Və onlara adət-ənənəyə müvafiq/yaxşı olduğu hamılıqla qəbul edilən söz söyləyin.