Fussilət Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz öz işimizdə olacağıq!”
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz öz istədiyimizi!)”
Elmir Quliyev :
Они говорят: "Наши сердца закрыты для того, к чему ты призываешь нас, наши уши поражены глухотой, а между нами и тобой завеса. Трудись же, и мы будем трудиться".
Ələddin Sultanov:
Onlar: “Bizi dəvət etdiyinə qarşı qəlblərimiz bağlıdır, qulaqlarımızda da ağırlıq (karlıq) vardır. Bizimlə sənin aranda bir pərdə vardır. Ona görə sən öz işini gör, biz öz işimizi görəcəyik”, - dedilər.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Bizi dəvət etdiyin şeyə qarşı qəlblərimizdə (idrak etməyə mane olan) əkinnət, qulaqlarımızda (eşitməyə mane olan) vəqra səninlə bizim aramızda bir pərdə (hicabı məsturə) var. Artıq (sən istədiyinə) əməl et! Şübhəsiz ki, biz istədiyimizə əməl edəcəyik.’
Ələsgər Musayev:
Deyirlər: «Qəlblərimizdə pərdə var, nədən ki, dəvət edirsən bizi Ona tərəf qulaqlarımızda karlıq var bizim aramızda sənin aranda hicab var. Əməl et, həqiqətən, biz əməl edirik!»
A.Mehdiyev və D.Cəfərli:
dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə sən öz işini gör, biz mütləq (sənə qarşı) fəaliyyətdəyik.»
Kövsər Tağıyev:
Dedilər ki: “(Ey Muhamməd!) Bizi çağırdığın şeyə qarşı qəlblərimiz örtüklər içindədir. Qulaqlarımızda bir ağırlıq, səninlə bizim aramızda isə bir pərdə var. O halda sən (istədiyini) et, şübhəsiz, biz (istədiyimizi) edəcəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Sənin bizi dəvət etdiyin (dinə) qarşı ürəklərimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin aranda bir pərdə [maneə] vardır. Sən öz işində ol, biz öz işimizdəyik!"
Sabirə Dünyamalıyeva:
onlar: "Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz bir örtük/zireh içindədir, qulaqlarımızda bir ağırlıq var, bizimlə sənin aranda da bir pərdə vardır. Artıq sən, bilirsənsə et, biz həqiqətən [bildiyimizi] edirik" dedilər.