Əlixan Musayev:
Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə )yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.
Elmir Quliyev
:
В смене ночи и дня, в уделе, который Аллах ниспосылает с неба и посредством которого Он оживляет землю после ее смерти, и в смене ветров есть знамения для людей разумеющих.
Ələddin Sultanov:
Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsi və Allahın ruzi olaraq səmadan (yağış, qar) endirməsi, beləcə torpağı ölümündən sonra diriltməsi və küləkləri əsdirməsi ağıl işlədən qövm üçün ayələrdir (dəlillərdir).
Ələsgər Musayev:
Ixtilafında gecənin
və gündüzün və Allahın nazil etməsində səmadan ruzilərdən və
həyat verməsində onunla ərzə ölümündən sonra və küləklərin
istiqamətində ayətlər var əql edən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.
Kövsər Tağıyev:
Gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göydən ruzi (səbəbi olaraq yağmur) endirib onunla yer üzünü ölümündən sonra diriltməsində, küləkləri əsdirib çevirməsində düşünən bir qövm üçün dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
eləcə də gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın səmadan endirdiyi ruzidə [yağışda] və onunla cansız torpağa həyat verməsində, küləkləri yönəltməsində ağıllı adamlar üçün ayələr vardır.
Sabirə Dünyamalıyeva:
Və gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göydən bir ruzi endirib, onunla yer üzünü öldükdən sonra diriltdiyi şeydə və küləkləri döndərib dolandırmasında ağılını işlədən bir qövm üçün işarətlər/nişanələr vardır.