Əlixan Musayev:
Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (o bütlər) onların yalvarışından xəbərsizdirlər.
Bünyadov-Məmmədəliyev:
Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
Elmir Quliyev
:
Кто же находится в большем заблуждении, чем те, которые взывают вместо Аллаха к тем, которые не ответят им до Дня воскресения и которые не ведают об их зове?!
Ələddin Sultanov:
Allahı qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən və dualarından xəbərsiz olanlara sitayiş edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?!
Kerbelayi Malik ağa:
Allahdan başqasına dua edəndən daha çox dəlalətdə kim vardır? Qiyamət gününə qədər ona kimsə cavab verməz. Onlar (bütlər) onların dualarından qafildirlər (xəbərsizdirlər).
Ələsgər Musayev:
Kim zəlalətdədir o kəsdən ki, çağırır Allahdan başqa o kəsi
ki, cavab verməyəcək onun üçün qiyamətin gününə qədər və
onlar çağırışlarından onların qafildirlər?
A.Mehdiyev və D.Cəfərli:
Kim Allahın yerinə Qiyamətə kimi ona cavab verməyəcək kimsələri çağıran kəsdən daha azğın ola bilər? Onlar bunların çağırışlarından (tamamilə) xəbərsizdirlər.
Kövsər Tağıyev:
Allahı buraxıb qiyamət gününə qədər ona cavab verə bilməyəcək şeylərə tapınandan daha sapqın kim ola bilər? Halbuki onlar bunların tapınmalarından xəbərsizdirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahı qoyub qiyamət gününə qədər səsinə səs verməyəcək (bütləri) çağırandan daha çox yolu azmış kim ola bilər? Halbuki onlar [bütlər] isə onların çağırışından xəbər tutan deyildirlər.
Sabirə Dünyamalıyeva:
Və Allahın altındakılardan, qiyamət gününə qədər özlərinə heç bir cavab verə bilməyəcək olan kəslərə dua edən kimsədən daha çox azğın kim ola bilər? Üstəlik, ibadət edilən kəslər, o [ibadət edən] kəslərin yalvarışlarından da xəbərsizdir.