Qaf Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
Bünyadov-Məmmədəliyev:
Lakin onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşviş) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).
Elmir Quliyev :
Но они сочли ложью истину, когда она явилась к ним, и теперь они находятся в замешательстве.
Ələddin Sultanov:
Xeyr! Onlara haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər.
Kerbelayi Malik ağa:
Xeyr (elə deyil), onlar özlərinə haqq gəlincə onu yalanladılar. Bu vəziyyətdə onlar, qarışıq bir əmr (problem) içindələr.
Ələsgər Musayev:
Bəli! Yalan saydılar haqqı, amma elə ki, gəldi onlara onlar əmrdə pərişandırlar.
A.Mehdiyev və D.Cəfərli:
(Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir içərisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).
Kövsər Tağıyev:
Hətta haqq onlara gəldikdə onu inkar etdilər. Artıq onlar qərarsız bir haldadırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin haqq onlara gələn zaman onu yalan hesab etdilər. Onlar şaşqın bir vəziyyətdədirlər.
Sabirə Dünyamalıyeva:
Əksinə, haqq gəldikdə, onu təkzib etdilər, buna görə onlar dolaşıq bir işin içindədirlər.