Mücadilə Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Allah Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
Elmir Quliyev :
Те, которые враждуют с Аллахом и Его Посланником, будут унижены, как были унижены их предшественники. Мы уже ниспослали ясные знамения, а для неверующих уготованы унизительные мучения.
Ələddin Sultanov:
Şübhəsiz, Allaha Peyğəmbərinə qarşı çıxanlar onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Biz açıq-aydın ayələr nazil etmişik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allaha Onun Rəsuluna qarşı çıxanlar, onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldıldılar. Açıqlanmış ayələr endirmişdik kafirlər üçün alçaldıcı əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, Allahın Onun rəsulunun əleyhinə hədlərini aşırlar, qabaqkı kəslər qədər xar zəlil olacaqlar. Əlbəttə, Biz nazil etdik aydın ayətlər. Kafirlər üçün alçaldıcı əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Allah Onun Rəsulu ilə düşmənçilik müxalifət edənlər özlərindən öncəkilər xar zəlil olduqları kimi xar zəlil olacaqlar. həqiqətən, Biz aydın ayələr nişanələr nazil etdik kafirlər üçün alçaldıcı bir əzab vardır.
Kövsər Tağıyev:
Allaha Rəsuluna düşmənlik edənlər özlərindən əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Halbuki, biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha Onun peyğəmbərinə qarşı çıxanlar özlərindən əvvəlkilərin zəlil edildiyi kimi zəlil edilərlər. Biz artıq aydın ayələr nazil etmişik. Kafirlər üçün isə rüsvayedici bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allaha Elçisinə qarşı həddi aşmağa çalışan kəslər, özlərindən əvvəlkilər necə alçaldılmışdırsa, [elə] alçaldılacaqlar. Halbuki, həqiqətən Biz, açıq-aşkar ayələr nazil etdik. kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün alçaldıcı bir əzab var.