Əlixan Musayev:
Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.
Bünyadov-Məmmədəliyev:
Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır.
Elmir Quliyev
:
А когда Наше наказание поражало их, они лишь говорили: "Воистину, мы были несправедливы!"
Ələddin Sultanov:
Əzabımız onlara gəldiyi zaman onların yalvarışı ancaq: “Biz həqiqətən, zalım kimsələrmişik!” - demələri oldu.
Kerbelayi Malik ağa:
Əzabımız onlara gəldiyi zaman onların duaları (yalvarmaları): ‘Şübhəsiz ki, biz zalımlar olduq.’ deməkdən başqa bir şey olmadı.
Ələsgər Musayev:
Olmadı çağırışları onda gəldi onlara basqımız, ancaq ki, dedilər: «Həqiqətən, olduq biz, zalimlər!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.
Kövsər Tağıyev:
Əzabımız onlara gəldiyi zaman: “(Biz buna layiqik.) Həqiqətən, biz zalımlar olmuşduq”, – deməkdən başqa sözləri qalmamışdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Qəzəbimiz onlara gələrkən onların çağırışı yalnız "Biz zalımlar olmuşuq" - deməkdən ibarət oldu.
Sabirə Dünyamalıyeva:
Əzabımız onlara gəldiyində, "Biz həqiqətən də şərik qoşaraq özlərinə zülm edən kəslər imişik!" deməkdən başqa bir yalvarışları olmamışdı.