Əlixan Musayev:
Haram aylar bitdikdə müş-riklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Когда же завершатся запретные месяцы, то убивайте многобожников, где бы вы их ни обнаружили, берите их в плен, осаждайте их и устраивайте для них любую засаду. Если же они раскаются и станут совершать намаз и выплачивать закят , то отпустите их, ибо Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Yuxarıdakı ayədə, haram aylar çıxdıqdan sonra müşriklərin ciddi bir şəkildə təqib edilmələrinə işarə edilmişdir. Yəni, Kəbənin ətrafında müşriklərin varlığına birdəfəlik son qoymaq üçün onları izləmək, keçidləri tutmaq, lazım gəldiyi təqdirdə onları əsir tutmaq, yaxud öldürmək kimi hər cür tədbir görülməli idi.)
Kerbelayi Malik ağa:
Beləliklə haram aylar çıxdığı zaman artıq müşrikləri harada görsəniz öldürün və onları əsir tutun və onları mühasirəyə alın. Hər yerdə pusquda durun. Bundan sonra əgər tövbə etsələr və namaz qılıb zəkat versələr, o təqdirdə onların yolunu sərbəst buraxın. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Onda ki, qadağan olan
şəhrlər qurtardı və döyüşün müşriklərlə harada tapdınız və
tutun onları və əsir edin və yollarında oturub külli gizli yerlərdə
onlara qarşı pusqu qurun! Əgər qayıtdılar və ayağa qalxdılar
islahata və zəkat verdilər paklanmağa, onda yollarını boşaldın.
Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Haram aylar çıxdığı zaman Allaha şərik qoşanları artıq tutduğunuz yerdə öldürün, onları yaxalayıb həbs edin və hər pusqu yerində oturub onları pusun. Əgər tövbə edər, namazı qılıb zəkatı da verərlərsə, onları sərbəst buraxın. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadağan ayları bitdikdə isə müşrikləri harada görsəniz öldürün, onları (əsir) tutun, mühasirəyə alın, onlar üçün hər yerdə pusqu qurun! Əgər onlar tövbə edib namaz qılsalar və zəkat versələr, onda onlara yol verin getsinlər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Toxunulmaz [haram] aylar/həcc ayları çıxınca da o şərik qoşanları harada görsəniz öldürün, onları yaxalayın, ətraflarını mühasirəyə alın və bütün müşahidə yerlərində onlar üçün [onların pusqusunda] oturun. Əgər tövbə etsələr, səlatı yerinə yetirsələr [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşatsalar] və zəkatı/vergilərini versələr, artıq onların yollarını açın. Şübhəsiz ki, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.