Əlixan Musayev:
Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
Bünyadov-Məmmədəliyev:
Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
Elmir Quliyev
:
А ведь им было велено лишь поклоняться Аллаху, служа ему искренне, как ханифы, совершать намаз и выплачивать закят. Это — правая вера.
Ələddin Sultanov:
Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!
Kerbelayi Malik ağa:
Onlar Allaha hənif olaraq dində xalis qul olmaq (nəfslərini xalis etmək) və namazı qılmaq və zəkatı vermək ilə əmr olundular. Qiyamətə qədər davam edəcək din budur.
Ələsgər Musayev:
Oldu
onlara əmr, ancaq ibadət etmək Allaha – məxsus edərək Onun
üçün hənif dini, və qalxsınlar islahata və əta etsinlər zəkatı. Bu
dindir düz, qiymətli!
A.Mehdiyev və D.Cəfərli:
Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!
Kövsər Tağıyev:
Halbuki, onlara sadəcə dini Allaha xas tutaraq, haqqa yönələn kimsələr olaraq Ona qulluq etmələri, namazı qılmaları və zəkatı vermələri əmr edilmişdi. Bax bu, doğru dindir.
M.Qənioğlu və T.Bilaloğlu:
Halbuki onlara ancaq Allaha ibadət edərək, həniflər kimi dini yalnız Ona xas etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Düzgünlük dini bax budur!
Sabirə Dünyamalıyeva:
Halbuki onlara sadəcə, dini ancaq Allah üçün pak tutan kəslər olaraq ancaq Allaha qulluq etmələri, səlatı yerinə yetirmələri [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirmələri, qorumaları], zəkat/vergini vermələri əmr olunmuşdu. Və bax bu, doğru/əskiksiz/aşınmaz dindir.