Yusif Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə (Yusuf) dedi: “Ağanın yanına qayıt soruş gör ki, əllərini doğrayan qadınların məq­­sədi idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”.
Bünyadov-Məmmədəliyev:
(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”
Elmir Quliyev :
Царь сказал: "Приведите его ко мне!" Когда к нему пришел посланец, он сказал: "Возвращайся к своему господину и спроси его, что стало с женщинами, которые порезали себе руки. Воистину, моему Господу известно об их кознях".
Ələddin Sultanov:
Kral dedi: “Onu mənə gətirin!” Elçi (Yusifin) yanına gəldiyi zaman (Yusif) dedi: “Ağanın yanına qayıdıb ondan soruş ki, əllərini kəsən qadınlara olmuşdu?! Şübhəsiz ki, mənim Rəbbim onların hiyləsini yaxşı bilir”.
Kerbelayi Malik ağa:
Hökmdar: ‘Onu mənə gətirin.’ dedi. Beləcə ona rəsul (xəbərçi, elçi) gəldiyi zaman Yusif(ə.s): ‘Əfəndinin yanına dön əllərini kəsən qadınların məqsədi idi, ondan soruş.’ dedi. Şübhəsiz ki, Rəbbim onların hiylələrini ən yaxşı biləndir.
Ələsgər Musayev:
Məlik dedi: «Onu mənim yanıma gətirin!» Amma onda ki, rəsul onun yanına gəldi, dedi: «Qayıt rəbbinin yanına əllərini kəsən qadınların əhvalatından sual et. Həqiqətən, Rəbbim onların fəndinə Alimdir!»
A.Mehdiyev və D.Cəfərli:
şah dedi: «Onu mənim yanıma gətirin.» Beləliklə, onun elçisi Yusufun yanına gələndə (Yusuf) dedi: «Öz ağanın yanına qayıt ondan soruş ki, əllərini kəsən qadınların məqsədi (və ittihamın mövzusu mənim zindana düşməyimin səbəbi) idi? Əlbəttə, mənim Rəbbim onların məkr hiyləsini biləndir!»
Kövsər Tağıyev:
Kral: “Onu mənim yanıma gətirin”, dedi. Elçi Yusufun yanına gəldikdə (Yusuf ) dedi ki: “Ağanın yanına qayıt, soruş ki, əllərini kəsən o qadınların qərəzi idi? Şübhəsiz, Rəbbin onların hiyləsini haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Hakim dedi: "Onu yanıma gətirin!" Qasid onun [Yusufun] yanına gələndə o (qasidə) dedi: "öz ağanın yanına qayıt ondan soruş: "Əllərini kəsik-kəsik etmiş qadınlara olubdur?" - Həqiqətən, mənim Rəbbim onların məkrlərindən xəbərdardır!"
Sabirə Dünyamalıyeva:
o hökmdar, "Onu mənə gətirin!" dedi. Sonra zaman ki, elçi Yusifin yanına gəldi, Yusif ona dedi ki: "Ağanın yanına geri qayıt soruş görək, o əllərini kəsən qadınların məqsədi imiş? Heç şübhə yox ki, Rəbbim, onların hiylələrini çox yaxşı bilir."