Əlixan Musayev:
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!
Elmir Quliyev
:
Вот сказали Мы ангелам: "Падите ниц перед Адамом!" Все они поклонились, кроме Иблиса. Он был одним из джиннов и ослушался воли своего Господа. Неужели вы признаете его и его потомков своими покровителями и помощниками вместо Меня, тогда как они являются вашими врагами? Плохая это замена для беззаконников!
Ələddin Sultanov:
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
Kerbelayi Malik ağa:
Mələklərə ‘Adəmə səcdə edin.’ demişdik. İblis xaric, dərhal səcdə etdilər. O cinlərdən idi. Beləcə Rəbbinin əmrini etməyərək fisqə düşdü. Hələ də onu və onun nəslini sizin düşməniniz olduğu halda, Mənim yerimə dost tutursunuz? Zalımlar üçün nə pis bir əvəzdir (cəhənnəm).
Ələsgər Musayev:
Onda ki, Biz mələklərə dedik: «Adam üçün
səcdə edin!» Səcdə etdilər, ancaq Iblisdən başqa. O cinlərdən
idi və öz Rəbbinin əmrindən üz çevirdi. Ə, siz onu və onun
zürriyyətini Məndən başqa özünüzə dostmu götürəcəksiniz və
onlar sizin üçün düşməndir? Zalimlər üçün çox pis dəyişdüyüşdür!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
Kövsər Tağıyev:
Bir vaxt biz mələklərə: “Adəm üçün ehtiramla əyilin”, – demişdik, İblisdən başqa hamısı ehtiramla baş əymişdi. İblis isə cinlərdən idi, Rəbbinin əmrinə qarşı çıxdı. İndi siz məni buraxıb İblisi və onun nəslini özünüzə dost tutursunuz? Halbuki onlar sizin üçün düşməndirlər. Bu, zalımlar üçün necə də pis bir bədəldir?
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz mələklərə dedikdə ki, Adəmə səcdə edin, onlar səcdə etdilər, bir iblisdən başqa. O, cinlərdən idi və öz Rəbbinin əmrindən çıxaraq azğınlığa düşmüşdü. Doğrudanmı siz onlar sizə düşmən olduğu halda Məni qoyub onu və ondan törəyənləri özünüzə himayəçilər götürürsünüz? Bu, haqsızlar üçün nə pis bir dəyiş-düyüşdür!
Sabirə Dünyamalıyeva:
Və bir zaman Biz, təbiət qüvvələrinə, "Adəmə boyun əyib tabeçilik göstərin" demişdik, İblis/zehin qabiliyyəti xaricində hamısı boyun əyib tabeçilik göstərdi. İblis, görünməz varlıqlardan idi/enerjidən idi. Sonra da öz Rəbbinin əmrinə əks getdi. İndi siz, Mənim altımdakılardan onu və onun nəslini köməkçi, yol göstərən, himayəçi yaxınlar olaraqmı qəbul edirsiniz? Həm də onlar sizin düşməniniz olduğu halda. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün necə də pis bir dəyiş-düyüşdür bu!