Əlixan Musayev:
O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında (dənizdə) batırdıq.
Bünyadov-Məmmədəliyev:
(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.
Elmir Quliyev
:
Вот Мы разверзли для вас море, спасли вас и потопили род Фараона, тогда как вы наблюдали за этим.
Ələddin Sultanov:
O zaman sizin üçün dənizi yardıq və sizi xilas etdik. Fironun adamlarını isə gözünüzün qabağında suda boğduq.
Kerbelayi Malik ağa:
Sizin üçün dənizi yarmışdıq, beləliklə sizi qurtarıb Fironun adamlarını suda boğmuşduq. Siz də bunu görürdünüz.
Ələsgər Musayev:
Onda fərqləndirdik sizinlə dəryanı və nicat
verdik sizə və qərq etdik Firaun ailəsini və siz nəzər salırdınız.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.
Kövsər Tağıyev:
Bir vaxt sizin üçün dənizi yarmış, sizi xilas etmiş, gözlərinizin qarşısında Firon ailəsini suda boğmuşduq.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz dənizi sizin üçün yararaq sizi xilas etdik və Fironun adamlarını siz görə-görə suya qərq etdik.
Sabirə Dünyamalıyeva:
Bir zamanlar da Biz, bol suyu/çayı sizin üçün yarıb, sizi xilas etmiş, sizin gözünüzün qabağında Fironun yaxınlarını suya qərq etmişdik.