Əlixan Musayev:
Biz düşünüb ibrət alsınlar deyə (o suyu) onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər.
Bünyadov-Məmmədəliyev:
(Zati-əqdəsimə) and olsun ki, (onlara verilən nemətləri) yada salsınlar deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi (nankorluğunda dirənib qaldı).
Elmir Quliyev
:
Мы распределяем ее (дождевую воду) между ними, чтобы они помянули назидание, но большинство людей отказываются от всего, кроме неверия (или неблагодарности).
Ələddin Sultanov:
Şübhəsiz ki, öyüd alsınlar deyə onların arasında onu (suyun əhəmiyyətini) müxtəlif şəkillərdə izah etdik. Lakin insanların çoxu nankorluq etdi.
Kerbelayi Malik ağa:
And olsun ki, təzəkkür etmələri üçün onu (suyu, rəhmət, fəzl və salavatı) onların aralarında paylaşdırdıq (açıqladıq). Lakin insanların çoxu yalnız inkar edərək qarşı çıxdılar.
Ələsgər Musayev:
Biz sərf etdik onu aralarında onların yad etmələri üçün. İmtina edir əksər insan hər şeydən, ancaq küfrdən başqa.
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı.
Kövsər Tağıyev:
And olsun, düşünüb öyüd götürsənlər deyə biz bunu insanlar arasında təkrar-təkrar açıqladıq. Ancaq insanların çoxu nankorluqda israr etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu [suyu] onların arasında paylaşdırdıq ki, (bu neməti) yad etsinlər. İnsanların çoxu isə nankorluq göstərərək belə etmədi.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki Biz, öyüd-nəsihət alsınlar deyə Furqanı, aralarında müxtəlif şəkillərdə izah etdik, amma insanların çoxu nankorluqda inad etdi.