Əlixan Musayev:
Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.
Bünyadov-Məmmədəliyev:
Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!
Elmir Quliyev
:
Я пришел, чтобы подтвердить истинность того, что было в Таурате (Торе) до меня, и чтобы разрешить вам часть того, что было вам запрещено. Я принес вам знамение от вашего Господа. Бойтесь же Аллаха и повинуйтесь мне.
Ələddin Sultanov:
Məndən əvvəl göndərilən Tövratı təsdiqləyici olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Sizə, Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. Allahdan qorxun və mənə itaət edin!
Kerbelayi Malik ağa:
Önümdə olan Tövratdan (olan ayələri) təsdiqedici olaraq və sizə haram qılınmış olan bəzi şeyləri halal etmək üçün Rəbbinizdən sizə ayə gətirdim. Allaha qarşı təqva sahibi olun. Mənə itaət edin.
Ələsgər Musayev:
Və təsdiq edirəm onu ki,
arada əllərinizdə var Tövratdan və halal etmək üçün sizə bəzi
o haram olanı sizin üzərinizdə. Gəlmişəm sizə ayətlə
Rəbbinizdən. Qorxun Allahdan və itaət mənə!
A.Mehdiyev və D.Cəfərli:
«Ozumd?n ?vv?lki Tovrat? t?sdiq edir?m v? siz? haram olmus seyl?rin b?zisini (s?nb? gunu bal?q ovlamag?, d?v? ?tini, dordayaql?lar?n b?d?nl?rinin yag?n?) halal etm?k ucun (g?lmis?m). V? sizin ucun R?bbiniz t?r?find?n (oz peyg?mb?rliyim? dair) nisan? g?tirmis?m. Odur ki, Allahdan qorxun v? m?n? ita?t edin».
Kövsər Tağıyev:
“Məndən əvvəl gələn Tövratı təsdiqləyici olaraq və sizə haram buyurulan bəzi şeyləri halal etmək üçün göndərildim və Rəbbiniz tərəfindən sizə bir möcüzə də gətirdim. Artıq Allaha qarşı gəlməkdən çəkinin və mənə itaət edin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Məndən əvvəl göndərilmiş Tövratı bir təsdiqləyəci kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (gəlmişəm). Rəbbinizdən sizə bir möcüzə gətirdim. Allahdan qorxun və mənə itaət edin!
Sabirə Dünyamalıyeva:
Sizə qadağan edilənlərin bir hissəsinə icazə verəcəyəm edəcəyəm. Sizə Rəbbinizdən bir işarət/nişan da gətirdim. Artıq Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin.