Səba Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”.
Bünyadov-Məmmədəliyev:
De: “Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Həqiqətən, O (kimin dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır.
Elmir Quliyev :
Скажи: "Если я заблуждаюсь, то заблуждаюсь только во вред себе. Если же я следую прямым путем, то только благодаря тому, что внушил мне мой Господь. Воистину, Он Слышащий, Близкий".
Ələddin Sultanov:
De: “Əgər mən zəlalətə düşsəm, bu, yalnız mənim öz əleyhimə olar. Əgər doğru yolda gedirəmsə, bu, Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, yaxındır”.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər dəlalətdə olsam, o zaman yalnız öz nəfsim səbəbiylə olaram. Əgər hidayətdə olsam, o təqdirdə bu Rəbbimin mənə vəhyi səbəbiylədir. Şübhəsiz ki, O, ən yaxşı eşidən ən yaxın olandır.’
Ələsgər Musayev:
De: «Əgər mən zəlalətdəyəmsə, yalnız üzərində nəfsimin zəlalətdəyəm əgər hidayət tapmışamsa, onda bu, Rəbbimin mənə vəhy etməsindəndir. Həqiqətən, O Səmidir, Qəribdir!»
A.Mehdiyev və D.Cəfərli:
De ki: «Əgər yoldan azsam, öz zərərimə azmış olaram. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Həqiqətən, O, eşidən yaxındır».
Kövsər Tağıyev:
De ki: “Əgər mən sapsam, ancaq öz əleyhimə sapmış olaram. Əgər hidayətə nail olmuşamsa, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. Şübhəsiz, O, haqqı ilə eşidəndir, quluna çox yaxındır”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər mən (haqdan) dönsəm, öz ziyanıma dönərəm, yox əgər düz yolla getsəm, onda bu, Rəbbimin mənə vəhy etdiyi şeylər sayəsində olar. Həqiqətən, O, eşidəndir, (bəndələrinə) yaxındır."
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər mən yoldan azsam, artıq yalnız öz zərərimə azaram. əgər yönləndirildiyim doğru yolu tapsam, bilinməlidir ki, [bu] Rəbbimin mənə vəhy etməsi səbəbindəndir. Şübhəsiz ki, O, ən yaxşı eşidən, çox yaxın olandır."