Zümər Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunu onlardan əvvəlkilər demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, bu sözü onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş ümmətlər) demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi (əzabı onlardan dəf edə bilmədi).
Elmir Quliyev :
Так уже говорили их предшественники, но их не спасло то, что они приобретали.
Ələddin Sultanov:
Bunu onlardan əvvəlkilər demişdilər. Ancaq qazandıqları onlara heç bir fayda vermədi.
Kerbelayi Malik ağa:
Onlardan əvvəlkilər (belə) söyləmişdi. Lakin qazandıqları şeylər onlara bir fayda vermədi.
Ələsgər Musayev:
Əlbəttə, bu sözləri onlardan qabaq olan kəslər dedilər. Qəni etmədi onlardan ki, olmuşdular kəsblilər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bu sözü onlardan qabaqkılar (Qarun onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.
Kövsər Tağıyev:
Bunu onlardan əvvəlkilər demişdi, amma qazandıqları şeylər onlara heç bir fayda verməmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunu onlardan əvvəlkilər deyirdilər, qazandıqları şeylər isə onlara bir fayda vermədi
Sabirə Dünyamalıyeva:
Həqiqətən "O mənə elmimə görə verildi" sözünü, bunlardan əvvəlki kəslər söylədi o qazandıqları şeylər, onlara fayda vermədi.