Ənfal Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə yanlarına vura-vura: “Dadın atəşin əzabını!” deyib canlarını alanda görəydin!
Elmir Quliyev :
Если бы ты видел, как ангелы умерщвляют неверующих. Они бьют их по лицу и по спинам: "Вкусите мучения от обжигающего Огня!
Ələddin Sultanov:
Kaş mələklər üzlərinə arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” - deyərək kafirlərin canlarını alarkən onları görəydin!
Kerbelayi Malik ağa:
Kaş ki, kafir olanları vəfat etdirərkən, mələklər onların üzlərinə arxalarına vurarkən ‘Yandırıcı əzabı dadın!’ deyərkən görsəydin.
Ələsgər Musayev:
Əgər görsəydin onda o kəslər ki, kafirdirlər, onların canlarını alırlar. Mələklər onların üzlərinə kürəklərinə zərbələri vururlar: «Yandırıcı əzabı dadın!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz arxalarına vururlar «dadın yandırıcı əzabı!» (deyirlər).
Kövsər Tağıyev:
Mələklər kafirlərin üzlərinə arxalarına vura-vura “dadın atəşin əzabını” deyərək canlarını alarkən kaş ki, bir görəydin.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən bir görəydin, mələklər kafirlərin üzlərinə kürəklərinə vura- vura "Odun əzabını dadın!" - (deyərək) onların canını necə alırdılar.
Sabirə Dünyamalıyeva:
[bu üçün tapşırıq alan] qüvvələr kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd edənlərin] üzlərinə arxalarına vura-vura, "Dadın görək qızğın atəşin əzabını!" deyərək, keçmişdə etdiklərini etmələri lazım olduğu halda etmədiklərini bir-bir onların yadına salarkən, sən onları bir görəydin.