Əlixan Musayev:
Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər.
Bünyadov-Məmmədəliyev:
Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər.
Elmir Quliyev
:
Если тебе перепадает благо, это огорчает их. Если же тебя постигает беда, они говорят: "Мы заранее приняли меры предосторожности для себя". И они уходят, забавляясь.
Ələddin Sultanov:
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər.
Kerbelayi Malik ağa:
Əgər sənə bir həsənə (yaxşılıq, xeyir) nəsib olsa, bu onları üzər və əgər sənə bir müsibət üz versə, ‘Biz daha əvvəl tədbirimizi görmüşdük.’ deyərlər və sevinərək dönüb gedərlər.
Ələsgər Musayev:
Əgər isbatdır sənə yaxşılıq,
təəssüflənirlər və əgər isbatdır sənə müsibət, deyərlər: «Əlbəttə,
tutduq işimizi qabaqcadan!» və fərəhlənərək üz döndərərlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.
Kövsər Tağıyev:
Sənə bir yaxşılıq nəsib olsa, bu onları məyus edər. Əgər başına bir müsibət gəlsə: “Biz əvvəlcədən tədbirimizi görmüşdük”, – deyərlər və sevinərək dönüb gedərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə bir uğur nəsib olsa, onların halı pis olar, sənə bir müsibət üz verərsə, onlar: "Biz əvvəlcədən öz işimizi tutmuşuq!" - deyərək sevinə-sevinə dönüb gedərlər.
Sabirə Dünyamalıyeva:
Əgər sənə bir yaxşılıq üz versə, pislərinə gedər. Əgər sənə bir müsibət üz versə, "Biz həqiqətən qabaqcadan tədbirimizi almışdıq!" deyərlər. Və onlar, sevincək halda üz çevirib gedərlər.