Əlixan Musayev:
Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?
Elmir Quliyev
:
О мой народ! Я не прошу у вас за это награды, ибо вознаградит меня Тот, Кто создал меня. Неужели вы не разумеете?
Ələddin Sultanov:
Ey qövmüm! Mən buna görə sizdən heç bir əvəz tələb etmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Hələ də düşünüb dərk etmirsinizmi?
Kerbelayi Malik ağa:
Ey qövmüm, ona (onun qarşılığında) sizdən bir əcr istəmirəm! Əgər ücrətim varsa, ancaq məni Yaradana aiddir. Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Ay
qoumum! Mən sizdən buna görə əcr istəmirəm. Mənim əcrim
ancaq o kəs ki, məni yaradıb, Onun üzərinədir. Ə, məgər əql
etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
«Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»
Kövsər Tağıyev:
“Ey qövmüm! Mən buna görə sizdən bir mükafat istəmirəm. Mənim mükafatım yalnız, məni yaradana aiddir. Hələ də düşünməyəcəksinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım, bunun üçün sizdən bir haqq istəmirəm. Həqiqətən mənim mükafatım ancaq məni yaradandandır. Siz ağıllanmayacaqsınız?!
Sabirə Dünyamalıyeva:
Ey qövmüm! Bunun müqabilində mən sizdən heç bir muzd istəmirəm. Mənim muzdum ancaq məni yoxdan yaradana aiddir. Hələ də ağıllanmayacaqsınızmı?