İbrahim Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah hər kəsə qazandığının əvəzini vermək üçün (belə )(edəcəkdir). Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!
Elmir Quliyev :
Аллах воздаст каждой душе то, что она приобрела. Воистину, Аллах скор в расчете.
Ələddin Sultanov:
Allah hər kəsə qazandığının əvəzini versin deyə (belə edəcəkdir). Şübhəsiz ki, Allah sürətli haqq-hesab çəkəndir.
Kerbelayi Malik ağa:
(Bu), Allahın bütün nəfslərin qazandığının qarşılığını (cəza ya mükafat) verməsi üçündür. Şübhəsiz ki, Allah hesabı tez görəndir.
Ələsgər Musayev:
Ondan ötrü ki, Allah cəza versin külli nəfsə kəsb etdiyinə görə. Həqiqətən, Allah sürətlidir hesaba!
A.Mehdiyev və D.Cəfərli:
Allahın hər bir kəsi (küfr itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta Bərzəx ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir).
Kövsər Tağıyev:
Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edər. Şübhəsiz, Allah tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah hər kəsə onun qazandığının (əvəzini) versin. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allah çox tez haqq-hesab görəndir.