İsra Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
ya (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”
Bünyadov-Məmmədəliyev:
ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə diriləcəksiniz!)”. Onlar deyəcəklər: “O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?” (Ya Rəsulum!) De: “İlk dəfə sizi yoxdan yaradan (Allah)!” Onlar (istehza ilə) sənə başlarını bulayıb: “Bu vaxt olacaqdır?” deyə soruşacaqlar. De: “Bəlkə də, bu yaxın zamanda!”
Elmir Quliyev :
или другим творением, которое представляется могучим в ваших сердцах". Они скажут: "Кто же нас возвратит?" Скажи: "Тот, Кто сотворил вас в первый раз". Но они покачают головами и скажут: "Когда же это произойдет?" Скажи: "Быть может, это произойдет очень скоро!"
Ələddin Sultanov:
Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!
Kerbelayi Malik ağa:
‘Ya da qəlbinizdə böyüyən (daha böyük çox qüvvətli, güclü olaraq xəyal etdiyiniz) başqa bir yaradılış olsun. O zaman da bizi kim geri qaytaracaq?’ deyəcəklər. ‘Sizi ilk dəfə yaradan.’ de! Bunun üzərinə sənə başlarını bulayaraq: ‘O, vaxt olacaq?’ deyəcəklər. De ki: ‘Çox ehtimal ki, yaxın zamandadır.’
Ələsgər Musayev:
ya sizin xilqətiniz nədən ki, ürəklərinizdə fikirləşirsiniz böyük ola!..» Deyəcəklər: «Kim bizi qaytarar?» De: «Odur ki, yaratdı sizi əvvəl dəfədə!» Onlar başlarını sənə tərəf bulayıb deyərlər: «Nə vaxtdır o?» De: «Ola bilsin ki, yaxın olsun!»
A.Mehdiyev və D.Cəfərli:
ya zehinlərinizdə (möhkəmlik həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar «bu (dirilmə) vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»
Kövsər Tağıyev:
“Ya da sizə görə dirildilməsi daha da imkansız olan başqa bir məxluq olun, (yenə dirildiləcəksiniz.)” Deyəcəklər ki: “Bəs bizi həyata yenidən kim qaytaracaq?” De ki: “Sizi ilk dəfə yaradan”. Onlar sənə qarşı başlarını (istehza ilə) bulayıb: “Nə vaxtdır o?” deyəcəklər. De ki: “Bəlkə yaxın bir zamanda!”
M.Qənioğlu və T.Bilaloğlu:
ya da özünüzü ürəyinizdə nəhəng bir məxluq hesab edin!" Onlar deyərlər: "Axı kim bizi bir (həyata) qaytaracaq?" De: "Sizi ilk dəfə yaradan." Onlar istehza ilə başlarını sənə yellədərək: "Bəs bu vaxt olacaqdır?" - deyə soracaqlar. De: "Bəlkə lap bu yaxınlarda oldu."
Sabirə Dünyamalıyeva:
yaxud ürəyinizdə [özünüz üçün] böyütdüyünüz başqa bir məxluq olun." Sonra onlar: "Bizi kim geri qaytaracaq?" deyəcəklər. De ki: "Sizi ilk dəfə yoxdan yaradan." Belə olduqda, sənə başlarını tərpədəcək "Nə zaman olacaq bu?" deyəcəklər.