Möminun Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey elçilər! Halal nemətlərdən yeyin yaxşı işlər görün! Mən, həqiqətən, sizin etdiklərinizi bilirəm!
Bünyadov-Məmmədəliyev:
(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin yaxşı işlər görün! (Vacib könüllü ibadətləri həm zahirən, həm gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin etdiklərinizi bilirəm!
Elmir Quliyev :
О посланники! Вкушайте блага и поступайте праведно. Воистину, Мне известно о том, что вы совершаете.
Ələddin Sultanov:
Ey peyğəmbərlər! Təmiz olan nemətlərdən yeyin saleh əməllər edin! Şübhəsiz ki, Mən sizin etdiklərinizi bilirəm.
Kerbelayi Malik ağa:
Ey rəsullar! Təmiz halal nemətlərdən yeyin saleh əməl (nəfsi islahedici əməl) işləyin. Şübhəsiz ki, Mən etdiyiniz şeyləri ən yaxşı bilənəm.
Ələsgər Musayev:
«Ay rəsullar! Pak olanlardan yeyin saleh əməllər edin, həqiqətən, Mən bilirəm əməl edirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki digər şeylərin) paklar(ın)dan bəhrələnin yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.
Kövsər Tağıyev:
Ey peyğəmbərlər! Təmiz şeylərdən yeyin saleh əməllər işləyin. Doğrusu, mən sizin işlədiyiniz əməlləri bilirəm.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbərlər! Yaxşı nemətlərdən yeyin əməlisaleh olun. Mən, həqiqətən, sizin etdiklərinizi bilirəm.
Sabirə Dünyamalıyeva:
Ey elçilər! Təmiz, xoş, faydalı şeylərdən yeyin saleh əməl işləyin. Şübhəsiz ki, Mən sizin etdiyiniz əməlləri çox yaxşı bilənəm.