Furqan Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər istəsəydik, hər kəndə qorxudan (bir peyğəmbər) göndərərdik.
Bünyadov-Məmmədəliyev:
Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla) qorxudan bir peyğəmbər göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük şərəfə nail edib bütün bəşəriyyətə peyğəmbər göndərdik).
Elmir Quliyev :
Если бы Мы пожелали, то послали бы в каждое селение предостерегающего увещевателя.
Ələddin Sultanov:
Əgər istəsəydik, hər bir məmləkətə bir xəbərdar edən peyğəmbər göndərərdik.
Kerbelayi Malik ağa:
Əgər diləsəydik, əlbəttə bütün qəsəbələrə nəzir göndərərdik.
Ələsgər Musayev:
Əgər Biz istəsəydik qaldırardıq külli kəndlərdə nəzərə çatdıran.
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsəydik hər bir cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərərdik (lakin müəyyən səbəblərdən dünyanın sonuna kimi bütün cəmiyyətlər üçün səni seçdik).
Kövsər Tağıyev:
Əgər istəsəydik, hər məmləkətə bir xəbərdar edən göndərərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz əgər istəsəydik, hər bir məmləkət üçün bir öyüd-nəsihət verən göndərərdik.
Sabirə Dünyamalıyeva:
Əgər istəsəydik Biz əlbəttə hər şəhərə xəbərdarlıq edən birini göndərərdik.