Qəsəs Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz sözü (Quranı, keçmişlərə aid xəbərləri) onlar üçün bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!)
Elmir Quliyev :
Мы довели до них Слово, чтобы они могли помянуть назидание.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz sözü (vəhyi) onlar üçün ard-arda çatdırdıq ki, bəlkə, düşünüb öyüd alalar.
Kerbelayi Malik ağa:
And olsun ki, təzəkkür etsinlər deyə sözü (ayələrimizi) ard-arda onlara çatdırdıq.
Ələsgər Musayev:
?lb?tt?, v?sil? etdik onlar ucun sozu, ola ki, onlar yad etsinl?r!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz öz sözümüzü (Qur’anın ayələrini surələrini) bir-birinin ardınca bir-biri ilə əlaqəli halda (bir neçə il ərzində ardıcıl) onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar.
Kövsər Tağıyev:
And olsun, biz o sözü (Qur`an ayələrini) onlara ard-arda çatdırdıq ki, bəlkə düşünüb öyüd götürələr.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sözü [Quranı] artıq onlara çatdırdıq ki, bəlkə onlar düşünüb daşınalar.
Sabirə Dünyamalıyeva:
and olsun Biz, Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə bir-birinin ardınca göndərdik.