Nisa Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə tağuta inanmaqla yanaşı (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kitabdan (Tövratdan ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə Tağut deyilən Şeytana) inanır kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər.
Elmir Quliyev :
Разве ты не видел тех, кому дана часть Писания? Они веруют в джибта и тагута и говорят о неверующих: "Эти следуют более верным путем, чем верующие".
Ələddin Sultanov:
Özlərinə kitabdan (yazıb-oxumaqdan) bir pay verilənləri görmədinmi?! Onlar Cibtə (bütə) Tağuta (bütə ya şeytana) inanır kafirlər haqqında: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər.
Kerbelayi Malik ağa:
Kitabdan pay verilən kəsləri görmədinmi? Cibtə (kahinlərə, falçılara, bütlərə) tağuta (insan cin şeytanlara) inanırlar inkar edən kəslər üçün ‘Bunlar iman edən kəslərdən daha doğru bir yoldadır.’ deyirlər.
Ələsgər Musayev:
Ə, görmürsənmi o kəsləri ki, ətadır nəsib kitabdan? Inanırlar Cibt Tağut ilə deyirlər o kəslər üçün ki, kafirdirlər: «Bunlar hidayətdədirlər yola o kəslərdən ki, inandılar».
A.Mehdiyev və D.Cəfərli:
Məgər kitabdan (Tövrat İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt azğına iman gətirir küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!
Kövsər Tağıyev:
Kitabdan pay verilənləri görmürsənmi? Onlar cibtə tağuta inanırlar. İnkar edənlər üçün də: “Bunlar iman edənlərdən daha doğru yoldadırlar”, deyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Kitabdan bir hissə bəxş olunmuşların bütə şeytana inandığını kafirlər barəsində: "Bunlar iman gətirənlərdən daha doğru yoldadırlar.“ - demələrini görmirsənmi?
Sabirə Dünyamalıyeva:
Kitabdan bir nəsib verilmiş olan bu kəsləri görmürsənmi?! Onlar, bütə tağuta[#372] inanırlar. Allaha inanmayan insanlar barədə, "Bunlar möminlərdən daha doğru yoldadır" deyirlər.