Fussilət Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar.
Bünyadov-Məmmədəliyev:
(Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).
Elmir Quliyev :
Если Мы одаряем человека благами, он отворачивается и удаляется (или превозносится). Если же зло касается его, он начинает произносить пространные молитвы.
Ələddin Sultanov:
Biz insana nemət verdiyimiz zaman o (Bizdən) üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduqda yalvarıb-yaxarar.
Kerbelayi Malik ağa:
İnsana nemət verdiyimiz zaman üz çevirdi uzaqlaşdı. Ona bir şər toxunduğu zaman çox dua edər.
Ələsgər Musayev:
Onda ki, nemətimizdən verdik insana, üz çevirib uzaqlaşır. Onda ki, toxunur ona şər, o, geniş çağırış sahibi olur.
A.Mehdiyev və D.Cəfərli:
İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir özünü kənara çəkir. Ona bir şər zərər yetişəndə isə israrlı geniş dua etməklə məşğul olur.
Kövsər Tağıyev:
İnsana nemət verdiyimiz zaman üz döndərər boyun qaçırar. Başına bir müsibət gəldikdə isə yalvarmağa başlayar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insana yaxşılıq etdikdə o, saymazyana üz döndərib uzaqlaşar, əgər ona şər toxunarsa, o, uzun-uzadı yalvarıb-yaxarar.
Sabirə Dünyamalıyeva:
Biz insana nemət verdiyimiz zaman, o, üz çevirər, yan gəzər. Ona bir pislik üz verdikdə isə çoxlu-çoxlu dua sahibidir; elə hey yalvarar.